Modern.az

Günün havası - Küləkli, 23 dərəcə isti...

Günün havası - Küləkli, 23 dərəcə isti...

Aktual

13 Noyabr 2023, 07:50

Noyabrın 13-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Arabir güclənən cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım