Modern.az

Daşkəsəndə silah-sursat aşkarlandı

Daşkəsəndə silah-sursat aşkarlandı

Aktual

13 Noyabr 2023, 09:05

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Əmirvar kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və bu zaman ağ torbaya bükülü silah-sursat aşkarlanıb.

 

İlkin baxış zamanı silah-sursatın 1 ədəd Kalaşnikov markalı avtomat, həmin avtomata aid sandıq və 1 ədəd patron olması müəyyən edilib.

 

Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alaxançallı kənd sakinindən 1 ədəd müvafiq sənədləri olmayan, 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.

 

Götürülən hər iki silah müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım