Modern.az

Gəncədə dəm qazından zəhərlənənlərin son VƏZİYYƏTİ

Gəncədə dəm qazından zəhərlənənlərin son VƏZİYYƏTİ

Aktual

13 Noyabr 2023, 10:50

12.11.2023-cü il tarixində saat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə 5 nəfər yerləşdirilib.

 

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

 

"Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə əlavə edilib.

 

Xatırladaq ki, Gəncədə bir ailənin beş üzvü dəm qazından zəhərlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım