“X” sosial şəbəkəsində Gürcüstanın Poti limanından Fransa istehsalı olan 20-dən çox “ACMAT Bastion” zirehli maşınının boşaldıldığını əks etdirən foto və videolar yayımlanıb.
Modern.az xəbər verir ki, Ermənistan KİV-ləri həmin texnikanın İrəvana aparılacağını bildirib.
Hərbi analitik və tədqiqatçısı Leonid Nersisyan da “X” mikrobloqunda fotolar paylaşaraq Ermənistanın Gürcüstanın Poti limanından gətirilən Fransanın “Bastion” zirehli transportyorlarının ilk partiyasını aldığını yazıb.