Modern.az

Kərim Vəliyev generalın dəfnində iştirak etdi - FOTOLAR

Kərim Vəliyev generalın dəfnində iştirak etdi - FOTOLAR

Aktual

13 Noyabr 2023, 16:56

Noyabrın 13-də vəfat edən ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev İkinci Şəhidlər xiyabanında dəfn edilib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dəfn mərasimində müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, nazirliyin digər rəhbər şəxsləri, mərhumun yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Dəfndə hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib, M.Sarıyevin məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

 

Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib.

1297403

1297404

1297405

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...