Modern.az

Maşın qaçıran qardaşlar tutuldu

Maşın qaçıran qardaşlar tutuldu

14 Noyabr 2023, 10:18

Abşeronda nəqliyyat vasitəsi qaçırılıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, noyabrın 13-də saat 15 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindən “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Aydın Hüseynov və qardaşı Xanlar Nərimanov rayonu ərazisində avtomobillə saxlanılıblar.

 

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım