Modern.az

Onların sayı 80.000 nəfərə çatacaq - Komitə sədrindən ANONS

Onların sayı 80.000 nəfərə çatacaq - Komitə sədrindən ANONS

Aktual

14 Noyabr 2023, 16:23

“Növbəti ildə də özünüməşğulluq layihəsi davam edəcəkdir, bu proqram çərçivəsində 10.000 nəfərin İşsizlikdən Sığorta Fondunun xərcləri hesabına, daha 6.000 nəfərin isə Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə cəlb olunması nəzərdə tutulur”.


Modern.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "İşsizlikdən Sığorta Fondunun 2024-cü il Büdcə layihəsi"nin müzakirəsi zamanı deyib. 

 

“Beləliklə özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı 80.000 nəfərə çatacaqdır. "İşsizlikdən Sığorta Fondunun" büdcə layihəsi 2024-cü ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümü tədbirlərinin keçirilməsi, ictimai-sosial işlərin və s. xidmətlərin  maliyyələşməsi üçün optimal əsaslar yarada biləcəkdir”,- deyə komitə sədri bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI