Modern.az

Ovçulardan qadağan olunmuş ov alətləri götürüldü

Ovçulardan qadağan olunmuş ov alətləri götürüldü

14 Noyabr 2023, 15:44

Zəvvar və Mahmudçala ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

 

Bu barədə Modern.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Zəvvar və Mahmudçala ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

 

Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...