Modern.az

Azərbaycanla Mərakeş arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycanla Mərakeş arasında Anlaşma Memorandumu imzalandı

14 Noyabr 2023, 17:40

Rabatda keçirilən I Azərbaycan-Mərakeş Biznes Forumu çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Mərakeşin müvafiq qurumları arasında Anlaşma Memorandumları imzalanıb.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

 

Nazir açılış nitqi ilə çıxış etməsinə də diqqət çəkərək bundan məmnun olduğunu vurğulayıb. XİN başçısı onu da əlavə edib ki, Biznes-Forum qarşılıqlı faydalı imkanların araşdırılmasında mühüm mərhələ olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...