Modern.az

Sülh danışıqları bu şəhərlərdə baş tuta bilər - Qriqoryan

Sülh danışıqları bu şəhərlərdə baş tuta bilər - Qriqoryan

15 Noyabr 2023, 00:49

Ermənistan-Azərbaycan danışıqları tezliklə Brüssel və ya Vaşinqtonda baş tuta bilər.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya müsahibəsində deyib.

 

O qeyd edib ki, ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Lui Bononun regiona səfərinin məqsədlərindən biri də Vaşinqtonda görüş təşkil etməkdir.

 

"Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq", - Qriqoryan vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...