Modern.az

Temperaturun artması qida böhranlarına səbəb ola bilər - Nazir

Temperaturun artması qida böhranlarına səbəb ola bilər - Nazir

15 Noyabr 2023, 11:03

"Son günlər dünyada iqlim dəyişikliklərinin fəsadını görürük".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Mehmet Özhaseki Türk Dünyası II Meteorologiya Forumunda deyib.

 

“Elmi araşdırmalara görə, dünyada havanın orta illik temperaturu 1,1 faiz artıb. Əgər bu, temperatur 2 faizə yüksəlsə, qida böhranları, müharibələr yaşana bilər. İqlim dəyişikliyinin ən böyük səbəbi isə sənayeləşmə, şəhərlərin böyüməsidir. Dünyanı ən çox çirkləndirən ölkələr sırasında Hindistan, ABŞ kimi ölkələr var”.

 

Nazir çıxış zamanı həmçinin ən gözəl coğrafiyada yaşadığımızı bildirib: "Türkiyə olaraq hər zaman istər siyasi, istər ekoloji, istər iqtisadi, istərsə də digər baxımdan qardaş ölkə Azərbaycanın yanında olacağımızı bildiririk".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...