Modern.az

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edilir

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edilir

Aktual

15 Noyabr 2023, 12:48

Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftə sonlarına əlavə reyslər təyin edilir.

 

Modern.az-ın “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən verdiyi məlumata görə, noyabrın 17-dən etibarən hər həftənin cümə və şənbə günləri Bakıdan saat 23:55-də yola düşən qatar növbəti gün saat 06:20-də Ağstafa stansiyasına çatacaq.

 

Ağstafadan geriyə hər həftənin şənbə və bazar günlərində saat 08:30-da yola düşən qatar həmin gün saat 14:55-də Bakı Dəmiryol Vağzalına çatacaq.

 

Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə həyata keçiriləcək. Qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq edəcək.

 

Səyahətin komfortlu keçməsi məqsədilə qatarda biznes sinif üçün keytrinq xidməti və əlavə olaraq bütün vaqonlarda səyyar satış həyata keçiriləcək.

 

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...