Modern.az

Qızılağac Milli Parkında “Zəfər bayramı”

Qızılağac Milli Parkında “Zəfər bayramı”

15 Noyabr 2023, 15:46

8 Noyabr 2023- cü il tarixdə Qızılağac Milli Parkında Zəfər gününə həsr olunmuş “Bütov Vətən “adlı tədbir keçirildi. Tədbirdə Lənkəran Dövlət Universitetinin tələbələri iştirak etdilər.

 

Tədbirdə Vətən uğrunda şəhid olanlar ehtiramla yad edildi. Daha sonra tələbələr Milli Parkın tarixi,ekoloji vəziyyəti, florası, faunası haqqında ətraflı məlumatlandırıldılar.

 

Eyni zamanda tələbələr Milli Parkın inzibati binasına yaxın olan Turac və Kiçik körfəz marşrutlarında olan flora və fauna ilə tanış edilərək müxtəlif növlü heyvan və quşları müşahidə etdilər. Əlavə olaraq Milli Parkın su marşrutu olan Kiçik körfəz marşrutunda qayıqla gəzintidə su canlılarını müşahidə etdilər.

 

Sonra tələbələr Vətən haqqında öz hazırladıqları nəğmələri ifa etdilər. Sonda Milli park əməkdaşları və tələbələr xatirə şəkli çəkdirdilər və tədbir sona çatdı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...