Azərbaycanın Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının, təhlükəsizliyinin, iqtisadi rifahının təmin edilməsi ilə bağlı bəyanatlarını alqışlayırıq.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O, bunun çox düzgün siqnal olduğunu vurğulayıb.
"Moskva Rusiya sülhməramlı kontingenti də daxil olmaqla, Bakı və İrəvanın barışması üçün prinsipial əhəmiyyət kəsb edən bu prosesə hər cür kömək edəcək”, - Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, Rusiya yalnız konkret marşrutun yaradılmasının deyil, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə blokdan çıxarılmasının tərəfdarıdır.
XİN sözçüsü qeyd edib ki, baş nazir müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində həm Ermənistan, həm Azərbaycanın, həm də onların qonşularının maraqlarına uyğun olaraq məhz bu cür iş aparılır.