Modern.az

ABŞ Azərbaycana hərbi yardımları DAYANDIRIR

ABŞ Azərbaycana hərbi yardımları DAYANDIRIR

Aktual

15 Noyabr 2023, 20:48

ABŞ Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişi dayandırmayacaq.

 

Modern az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn məlumat verib.

 

O, Senatda keçirilən dinləmələr zamanı deyib ki, Vaşinqton Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Bakıya hərbi yardımları dayandıracaq.

 

"Biz vəziyyətlə bağlı real inkişaf görənədək (ABŞ-nin Azərbaycana birbaşa yardımlarını qadağan edən) 907-ci düzəlişdən imtinanın (müddətinin uzadılmasının) təqdim edilməsini gözləmirik”, - diplomat qeyd edib.

 

1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən 907-ci düzəliş Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadağan edir. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. O vaxtdan bəri ABŞ prezident administrasiyaları bu hüquqdan müntəzəm olaraq istifadə edirlər. Sonuncu dəfə Dövlət Departamenti 21 iyun 2022-ci ildə düzəlişi dayandırmaq barədə qərar qəbul edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...