Modern.az

Ermənistanın qərbli dostları sülhə mane olur - Zaxarova

Ermənistanın qərbli dostları sülhə mane olur - Zaxarova

Aktual

15 Noyabr 2023, 21:24

Ermənistan tərəfinə kağız üzərində əldə olunmuş razılaşmanı sona çatdırmağa nəsə maneə olub.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

 

"Biz nəyin maneə olduğunu yaxşı bilirik. Bu, Ermənistanın hazırkı rəhbərliyinin qərbli dostlarının “yaxşı” məsləhətləridir. Bu dostlar üçtərəfli razılaşmalarının həyata keçirilməsinə, Bakı ilə İrəvanın barışmasına yardım etmək əvəzinə əldə olunan müsbət prosesə maneə olur. Rusiyanın səylərinə maneə olur. İrəvan ABŞ və Avropa İttifaqının məsləhəti ilə hərəkət edərək gələcək regional konfiqurasiyadan kənarda qalmaq riski ilə üzləşir”, - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...