Modern.az

Qafqazda sülh perspektivləri - Parisdə konfrans keçirildi

Qafqazda sülh perspektivləri - Parisdə konfrans keçirildi

Aktual

15 Noyabr 2023, 21:30

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə “Cənubi Qafqazda sülh perspektivləri: Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlardan üç il sonra çağırışlar və imkanlar” adlı konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə iştirak edən fransız professorlar, tədqiqatçılar, siyasətçilər, vəkillər və hüquqşünaslar Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

 

Ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycanın rəsmi mövqeyindən, Ermənistanla münasibətlərin normallaşması, eləcə də bölgədə sülh quruculuğu istiqamətində görülən işlərdən, azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma prosesindən danışıb. Səfir regionun gələcəyi ilə bağlı ölkəmizin baxışlarını bölüşüb.

 

Konfransda mövzu ilə bağlı müzakirələr aparılıb, Fransa ilə münasibətlərə toxunulub. İkitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanla bağlı, eləcə də regiondakı həqiqətlərin fransız ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən söz açılıb, davamlı sülhün bərpasının vacibliyi vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...