Modern.az

Hikmət Hacıyev Simon Mordue ilə danışıqlar apardı 

Hikmət Hacıyev Simon Mordue ilə danışıqlar apardı 

Aktual

15 Noyabr 2023, 21:55

Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Simon Mordue X platformasındakı paylaşmında qeyd edib.

 

O, görüş zamanı Aİ-Azərbaycan əlaqələrinin müzakirə edildiyini qeyd edib.

 

“Azərbaycanın Aİ üçün Cənubi Qafqazda vacib tərəfdaş olduğunu vurğuladım. Aİ dinc və firavan Cənubi Qafqaz naminə Ermənistan-Azərbaycan normallaşma prosesini dəstəkləməyə davam edəcək”, - paylaşımda bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...