Modern.az

BMT Qəzza zolağı ilə bağlı qətnamə qəbul etdi

BMT Qəzza zolağı ilə bağlı qətnamə qəbul etdi

Aktual

16 Noyabr 2023, 08:14

BMT Təhlükəsizlik Şurası Qəzza zolağında humanitar fasilələr tələb edən qətnamə qəbul edib.

 

Modern.az xəbər verir ki, qətnamə Malta tərəfindən təqdim edilib.

 

Qətnamədə Qəzza zolağında döyüşlərdə təcili və uzun müddətli humanitar fasilə tələb edilir.

 

12 ölkə sənədin lehinə səs verib, daha üç ölkə isə bitərəf qalıb.

 

İclasın əvvəlində Rusiya Federasiyasının daimi nümayəndəsi Vasili Nebenzya Qəzza zolağında dərhal atəşkəsə çağıran düzəlişlər təklif edib. Beş ölkə bu təklifi dəstəkləyib, biri (ABŞ) əleyhinə səs verib, doqquz ölkə isə bitərəf qalıb. Dəyişiklik lazımi sayda səs toplamadığı üçün qəbul edilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...