Modern.az

Naftalanda itkin düşən qadın axtarılır - FOTO

Naftalanda itkin düşən qadın axtarılır - FOTO

Aktual

16 Noyabr 2023, 09:20

Naftalanda itkin düşən şəxs axtarılır.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Ucar rayon Küçəkənd kənd sakini 1996-cı il təvəllüdlü Fatimə Quliyeva noyabr ayının 11-də Naftalan şəhərində yaşayan valideynlərinin evindən çıxaraq bir daha geri qayıtmayıb.

 

Həmin şəxsin əlamətləri belədir: boyu 155 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli hicab və dini geyim olub.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin 050-664-94-00, 050-242-26-66 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...