Modern.az

Azərbaycan Macarıstanla ticarət-investisiya əməkdaşlığını müzakirə etdi

Azərbaycan Macarıstanla ticarət-investisiya əməkdaşlığını müzakirə etdi

Aktual

16 Noyabr 2023, 10:36

Azərbaycan və Macarıstan arasında qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişafı müzakirə edilib.

 

Modern.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, nazir Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, qarşılıqlı səfərlərin və keçirilmiş tədbirlərin iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb.

 

Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti, qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişaf vektorları barədə fikir mübadiləsi aparıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...