Modern.az

ABŞ-ın hərbi yardımı fundamental əhəmiyyətə malik olmayıb

ABŞ-ın hərbi yardımı fundamental əhəmiyyətə malik olmayıb

Aktual

16 Noyabr 2023, 13:28

1992-ci ildə Azadlığa dəstək Aktına ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımını yasaqlayan 907-ci düzəlişin qəbul olunmasında həmin dövrdə vitse-prezident kimi fəal rol oynayan Co Baydenin adminstrasiyasının sözügedən maddənin tətbiqi ilə bağlı məsələni yenidən gündəmə gətirməsi bir daha sübuta yetirir ki, hazırda ölkəmizə qarşı Fransa, Kanada və digər bu kimi ölkələr tərəfindən həyata keçirilən, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə zidd, əsaslandırılmamış və aqressiv siyasətin arxasında Ağ Ev dayanır. Ağ Ev təmsilçilərinin son açıqlamaları isə təsdiqləyir ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı deyil və 30 il bundan öncə həyata keçirməyə çalışdığı, Cənubi Qafqazda və postsovet məkanında iflasa uğrayan səhvlərini yenidən təkrarlayır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Kərimli deyib.


O qeyd edib ki, Ağ Ev rəsmisinin Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü şəkildə tərk edən ermənilərin geriyə qayıtmaq hüququndan söz açdığı halda, indiki Ermənistan ərazisindən və həm də tarixi Azərbaycan torpaqlarından deportasiya olunan 300 min nəfərdən çox azərbaycanlının geriyə qayıtmaq hüququndan söz açmaması, Ağ Evin fundamental insan hüquq və azadlıqlarına münasibətdə sərgilədiyi riyakarlığın nümunəsidir:

 

"Bu, yanaşma irqi, dini ayrı-seçkilikdir və insan hüquq və azadlıqlarının təməlini təşkil edən bərabərlik prinsipinin kobud şəkildə pozulmasıdır. 


Şübhəsiz ki, ABŞ-ın hərbi yardımı Azərbaycan üçün heç zaman fundamental əhəmiyyətə malik olmayıb və ölkəmiz öz hərbi potensialını öz imkanları hesabına artıraraq, beynəlxalq müstəvidə tanınmış ərazilərinin işğaldan azad edilməsinə nail olub, suveren hüquqlarını bərpa edib. Azərbaycan öz hərbi üstünülüyünü qorumaq və təhlükəsizliyini təmin etmək üçün Silahlı Qüvvələrinin hərbi potensialını və döyüş potensialını bundan sonra da artıracaq. ABŞ-ın Ermənistana Fransa, Hindistan və digər proksi ölkələr vasitəsilə ötürdüyü silahlar da, Vaşinqtonun öz maraqlarını bərabərhüquqlu və qarşılıqlı faydalılıq əsasında deyil, təzyiq elementləri ilə reallaşdırmaq niyyətindən xəbər verir. Bu amil isə, son nəticədə təkcə ABŞ-ın deyil, bütövlükdə kollektiv Qərbin bölgədəki maraqlarına ciddi zərbə vura və sözügedən düşərgədə parçalanma meyllərini daha da gücləndirə bilər. 


Torpaqlarının işğaldan azad olunmasına və BMT TŞ-nin qətnamələrinin icrasına öz gücü ilə nail olan Azərbaycan, parodoksal görünsə də təcavüzkar və məğlub Ermənistandan fərqli olaraq, davamlı olaraq regionda və dünyada sülhü təşviq edir. Ermənistanla sülhün təşəbbüsçüsü də məhz Azərbaycandır. Rəsmi İrəvanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı təqdim etdiyi layihəyə münasibətdə konkret mövqe sərgiləməyən, yalnız sülhlə bağlı umumi ifadələrlə müşaiyət olunan bəyanatlar verən Ermənsitanın, real sülhdə maraqlı olmamasının səbəbkarlarından biri də, istisnasız olaraq, Birləşmiş Ştatlardır. Öz xalqının gələcəyini düşünməyən Ermənistan hakimiyyəti isə ölkə ərazisini regiondankənar qüvvələrin plasdarmına çevirmək cəhdləri ilə, əslində ukraynalaşmağa doğru gedir ki, bu da, Ermənistan kimi həm ərazi, həm insan resursları baxımından kiçik bir ölkə üçün ağır nəticələrə gətirib çıxara bilər".

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...