Modern.az

Saxta dollar satan dəstə üzvləri SAXLANILDI

Saxta dollar satan dəstə üzvləri SAXLANILDI

16 Noyabr 2023, 15:53

Bakıda saxta dollar satan şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a daxil olan məlumatlara görə, paytaxtın Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-u qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əsginas verdiyini bildirib.

 

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 1981-ci il təvəllüdlü Gülnarə Eynullayeva, 1990-cı il təvəllüdlü Samir Fətullayev və 1999-cu il təvəllüdlü Əli Həmidov saxlanılıblar. Axtarış zamanı S.Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.

 

Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...