Modern.az

APA-nın yaranmasından 19 il ötür

APA-nın yaranmasından 19 il ötür

16 Noyabr 2023, 17:30

"Azəri-Press" Agentliyinin (APA) yaranmasından 19 il keçir.

 

"Azəri-Press" Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.

 

Agentlik Azərbaycan, rus, ingilis və fars dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.

 

Modern.az olaraq APA-dakı həmkarlarımızı təbrik edir, onlara yeni uğurlar arzu edirik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...