2023-cü ilin yanvar-oktyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,4 faiz və 17,8 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 186,2 milyon ton yük daşınıb.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, yüklərin 4,1 faizi dəniz, 8,2 faizi dəmir yolu, 0,1 faizi hava, 57,1 faizi avtomobil nəqliyyatı, 30,5 faizi isə boru kəməri ilə daşınıb. Qrafik 10 Yük daşınmasının nəqliyyat növləri üzrə strukturu, faizlə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,9 faiz artıb. Daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,6 faiz təşkil edib.
2023-cü ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1552,3 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,0 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.