Modern.az

Mənzilinə çıxarış almaq istəyənlər üçün XOŞ XƏBƏR 

Mənzilinə çıxarış almaq istəyənlər üçün XOŞ XƏBƏR 

17 Noyabr 2023, 23:52

Mənzilə çıxarış almaq asanlaşacaq, bu məqsədlə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılacaq.

 

Modern.az-ın məlumatına görə, əmlak eksperti Ramil Osmanlı Xezerxeber.az-a bildirib ki, mənzilə və ya torpağa çıxarış almaq istəyən vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər.

 

Ekspertin sözlərinə görə, sənədlərin düzgünlüyü sistemdə yoxlanılacaq. Təsdiqləndikdən sonra isə tələb olunan dövlət rüsumu da portal vasitəsi ilə ödənilə bilər.

 

Sistem fəaliyyətə başlayandan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə getməyə ehtiyac qalmayacaq. Yeni sistemin yaradılmasında əsas məqsədlərdən biri isə vətəndaş məmur ünsiyyətini minimuma endirməkdir.

 

Qeyd edək ki, Nazirlər Kabinetinə altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini hazırlamaq tapşırılıb.

 

Ətraflı süjetdə:

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama