Modern.az

Bakıda iki avtobus marşrutunda dəyişiklik oldu

Bakıda iki avtobus marşrutunda dəyişiklik oldu

18 Noyabr 2023, 12:10

3 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.


Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, 3 nömrəli marşrutun avtobusları başlanğıc dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metro stansiyası, son dayanacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.

4 nömrəli müntəzəm marşrutunun istismarı isə “BakuBus” MMC-yə həvalə edilib. Həmçinin marşrutun hərəkət istiqaməti dəyişdirilərək Bakı Ağ şəhər yaşayış sahəsinə yönləndirilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama