Modern.az

İrəvanda ATƏT PA-nın payız sessiyası başladı - Azərbaycan getmədi

İrəvanda ATƏT PA-nın payız sessiyası başladı - Azərbaycan getmədi

18 Noyabr 2023, 14:03

Noyabrın 18-də İrəvanda ATƏT PA-nın payız sessiyası işə başlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçirilən sessiya noyabrın 20-dək davam edəcək.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının payız sessiyası “ATƏT böhran anlarında: Parlament Assambleyasının daxili və xarici çağırışlara qarşı mübarizədə rolu” devizi ilə keçirilir.

Ermənistan 57 üzv dövlətin nümayəndə heyətlərindən 300-ə yaxın deputat qəbul edir.

Sessiyada Cənubi Qafqaz regionu ilə bağlı məsələlər də müzakirə olunacaq, ikitərəfli görüşlər təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti İrəvana getməkdən imtina edib. Bununla bağlı Bakıdan ATƏT PA-ya göndərilən məktubda Azərbaycan tərəfinin Ermənistanda ölkəmizə qarşı hökm sürən düşmənçilik və nifrət hissindən, özünü qabarıq şəkildə büruzə verən anti-Azərbaycan təbliğatı və azərbaycanofobiyadan narahatlıq ifadə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama