Modern.az

ATƏT PA-nın sədri Ermənistan və Azərbaycana çağırış etdi

ATƏT PA-nın sədri Ermənistan və Azərbaycana çağırış etdi

18 Noyabr 2023, 16:15

ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycanı danışıqları davam etdirməyə və sülh sazişinin əldə edilməsi üçün yeni imkanlar axtarmağa çağırır.

Modern.az xəbər verir ki, bunu noyabrın 18-də İrəvanda ATƏT PA-nın sədri Pia Kauma deyib.


O, jurnalistlərin ATƏT PA-nın payız sessiyasında Azərbaycan nümayəndə heyətinin iştirak etməməsi ilə bağlı sualını da cavablandırıb.


Kauma xatırladıb ki, Ermənistana gəlməzdən əvvəl iki gün Azərbaycanda olub və onda rəsmi Bakının sülh danışıqlarına hazır olduğu təəssüratı yaranıb.
 

“Onların ötürmək istədikləri mesaj budur. Məndə belə təəssürat var ki, Bakı İrəvanla danışıqları bərpa etməyə hazırdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama