Modern.az

Bizimlə Azərbaycan arasında sülh üçün tarixi fürsət yaranıb - Erməni spiker

Bizimlə Azərbaycan arasında sülh üçün tarixi fürsət yaranıb - Erməni spiker

18 Noyabr 2023, 17:00

“Ermənistan Respublikası bütün region ölkələrinə münasibətləri tənzimləməyi və əməkdaşlıq təklif edərək, sülh proqramı qəbul edib”.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanda keçirilən ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışı zamanı deyib.
 

Onun sözlərinə görə, Ermənistanın hazırkı hökuməti öz xalqından sülh gətirmək və gələcək nəsillər üçün dinc yanaşı yaşama erasını təmin etmək üçün mandat alıb.


“Ona görə də Ermənistan Azərbaycanla sülh danışıqlarında konstruktiv şəkildə iştirak edir və deməyə ehtiyac yoxdur ki, qonşularla sülhə can atmaq birtərəfli proses deyil. Cənubi Qafqaz xalqlarının son onilliklərdə keçdiyi bütün çətinliklərdən sonra bu gün Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb. Ermənistan da Türkiyə ilə münasibətlərin nizamlanmasında, sərhədlərin və kommunikasiyaların açılmasında səmimi maraqlıdır və ilkin şərt olmadan danışıqlara başlayıb. Bu danışıqların yaxın gələcəkdə arzu olunan nəticələri verəcəyinə böyük ümidim var. Bölgəmizin sülhə ehtiyacı var və Ermənistan Respublikasının baxışı ən yaxşı şəkildə “Sülhün kəsişməsi” adlı layihədə ifadə olunub və bu layihə aşağıdakı kimi ifadə edilməlidir:
Regionun bütün ölkələri açıq sərhədlər, yollar və infrastrukturlarla yaşayır, iqtisadi, siyasi, mədəni cəhətdən bir-birinə bağlanır”. – A.Simonyan deyib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama