Modern.az

“Azəriqaz”ın növbəti aksiyası bu rayonlarda keçiriləcək

“Azəriqaz”ın növbəti aksiyası bu rayonlarda keçiriləcək

18 Noyabr 2023, 20:24

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir.

 

Modern.az xəbər verir ki, aksiya növbəti həftə (20,21,23,24 noyabr tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda keçiriləcək.

 

Aksiya həftənin 1-ci günü Qusar rayonunun Mucuq kəndində (İcra nümayəndəliyinin qarşısı), 2-ci gün Xaçmaz rayonunun Xudat şəhərində (4-cü Şöbə ərazisi, kənd orta məktəbinin qarşısı),4-cü günü Xızı rayonunun Yeni Yaşma kəndi (kənd orta məktəbin qarşısı), 5-ci günü isə Şabran rayonunun Ərəblər kəndində (kənd orta məktəbin qarşısı) baş tutacaq.

 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama