Modern.az

Daha 5 silah polisə təqdim edildi

Daha 5 silah polisə təqdim edildi

18 Noyabr 2023, 20:34

Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

 

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

 

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama