Modern.az

180 minlik maşından imtina etdi 

180 minlik maşından imtina etdi 

Aktual

18 Noyabr 2023, 21:13

Aşıq Zülfiyyə İbadova ona hədiyyə edilən 180 minlik avtomobili qəbul etməyib.

 

Modern.az xəbər verir ki, ifaçı bu haqda "Xəzər axşamı" verilişində deyib.

 

O bildirib ki, bir neçə gün əvvəl müğənni Şəbnəm Tovuzluya avtomobil hədiyyə edən iş xanımı bundan əvvəl ona da eyni jesti edib:

 

"Dedi ki, maşın istəyirəm, sən seç. Mən də o vaxt yeni çıxan bir 180 minlik maşını almaq istəyirdim. Dedim, ondan al. Sən demə, mənə ad günümə maşını hədiyyə edirmiş. Amma mən onu qəbul etmədim və məndən incidi". (axşam.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama