Modern.az

Qazaxıstan bu gün Azərbaycanı xilas edə biləcək?

Qazaxıstan bu gün Azərbaycanı xilas edə biləcək?

Aktual

20 Noyabr 2023, 10:30

Qazaxıstan milli komanfdası bu gün “Avro-2024”ün qrup mərhələsində Sloveniya ilə qarşılaşacaq.

 

Modern.az xəbər verir ki, H qrupunda keçirləcək bu matç Azərbaycanın futbol azarkeşləri tərəfindən də diqqətlə izləniləcək.

 

Məsələ burasındadır ki, Qazaxıstan səfər oyununda qələbə qazana bilsə, Azərbaycan milli komandası Millətlər Liqasının pley-off mərhələsində iştirak edə bilər.

 

Qazaxlar hazırda öz qrupunda 9 oyundan 18 xalla 3-cü yeri tuturlar. Seçmə mərhələnin son matçında onlar səfərdə qrup ikincisi Sloveniya ilə (9 oyun, 19 xal) qarşılaşacaqlar. Qazaxıstan qalib gələcəyi halda “Avro-2024”ün final mərhələsinə çıxacaq.

 

Belə olan halda Azərbaycan millisinin Millətlər Liqasının pley-off mərhələsinə yolu açılacaq.



Millətlər Liqasının pley-off mərhələsi gələn ilin martında keçirləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama