1300 nəfər məhkumun cəzaçəkməsi üçün nəzərdə tutulan kompleksə köçürülməsi yaxın günlərdə baş tutacaq.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov deyib.
O bildirib ki, cəzaçəkmə müəssisəsinin müşaiyətedici konveyer dəstəsi olacaq:
"Eyni zamanda onları mühafizə edici bölük nəzərdə tutulub. Əsgərlərin qalma yeri və qidalanması üşün nəzərdə tutulan yerlərlə də tanış oldunuz. Məqsəd cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitini beynəlxalq standartlara uyğunlaşdırılmasıdır".