Modern.az

Britaniyalı nazir Cənubi Qafqaza nəyə gəlir?

Britaniyalı nazir Cənubi Qafqaza nəyə gəlir?

Aktual

20 Noyabr 2023, 12:44

Noyabrın 20-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə dövlət naziri Leo Doçertinin Cənubi Qafqaza səfəri başlayır.


Modern.az xəbər verir ki, Böyük Britaniya səfirliyinin məlumatında deyilir ki, Leo Doçerti Ermənistan, Gürcüstan və Azərbaycana səfəri zamanı rəsmi Londonun bu ölkələrin suverenliyi və təhlükəsizliyinə davamlı yardımının, Böyük Britaniyanın artan dəstəyi və əməkdaşlığının Cənubi Qafqazda sülh və sabitliyə yönəldiyini önə çəkəcək.


Nazir Doçerti uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyac olduğunu vurğulayacaq.
 

Regiona üçüncü səfərində o, Ermənistan və Gürcüstanda demokratik islahatlar proqramlarını müzakirə edəcək və Azərbaycanın bərpa olunan enerjiyə keçidini təşviq etmək üçün Böyük Britaniyanın səylərinə töhfə verəcək.

 

“Bu il üç ölkə ilə keçirilən formal strateji dialoqdan sonra nazir Doçerti iqtisadiyyatın şaxələndirilməsini təşviq etmək və Avropanın Rusiyadan asılılığını azaltmaq üçün ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın əhatə dairəsini genişləndirməyi təklif edəcək”, - səfirlikdən bildiriblər.

 

Yola düşməzdən əvvəl Avropa məsələləri üzrə nazir Leo Doçerti deyib:

 

“Cənubi Qafqaz həm ölkə daxilində, həm də qonşu ölkələrdən regionun sabitliyini təhdid edən ciddi təhlükəsizlik çağırışları ilə üz-üzədir.

 

Kövrək regionda Böyük Britaniya islahatlar, sülh və sabitlik üçün etibarlı tərəfdaşdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama