Modern.az

Şarl Mişel yeni Paşinyan-Əliyev görüşünə ÇALIŞIR

Şarl Mişel yeni Paşinyan-Əliyev görüşünə ÇALIŞIR

20 Noyabr 2023, 13:16

Avropa İttifaqının əsas marağı Ermənistanla Azərbaycan arasında sülh razılığına gəlməkdir. Və onun sonda harada imzalanacağı bizim üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin real nizamlanması faktından daha az əhəmiyyət kəsb edir.

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Armenpress”ə müsahibəsində deyib.


O bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel hələ də Brüsseldə mümkün qədər tez  liderlərin görüşünü təşkil etmək istəyir.

“Tarixlər, əlbəttə ki, vacibdir. Amma ən əsası əslində irəli getməkdir və biz diqqətimizi məhz buna yönəldirik, münasibətlərin real nizamlanması istiqamətində irəliləyişi stimullaşdırmağa çalışırıq”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama