Modern.az

ABŞ-ın İran-Azərbaycan dostluğuna qarışmağa haqqı yoxdur - Nasser Kənani

ABŞ-ın İran-Azərbaycan dostluğuna qarışmağa haqqı yoxdur - Nasser Kənani

20 Noyabr 2023, 13:44

Amerikalılar onlara aid olmayan işlərə qarışırlar.

Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasser Kənani ABŞ Dövlət katibinin müavini Ceyms O`Brayenin Azərbaycanla Naxçıvan arasındakı dəhlizin yaradılmasında İranın iştirakını tənqid etməsinə münasibət bildirərkən deyib.

“Amerikalılar onlara aid olmayan işlərə qarışırlar. İranın region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığı davam edir və amerikalıların İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.

Amerikalılar regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübədən dərs almalıdırlar”, - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama