Azərbaycan üçün yeni mühit yaratmalıyıq - İraq Prezidenti

Azərbaycan üçün yeni mühit yaratmalıyıq - İraq Prezidenti

20 Noyabr 2023, 18:00

İraqda biznes üçün və Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq.

 

Modern.az xəbər verir ki, bu sözləri İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı söyləyib.

 

Dövlətimizin başçısı Azərbaycanda sülh və sabitliyə nail olması münasibətilə təbrik edən Əbdüllətif Camal Rəşid deyib: “Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılması məsələsində Sizə uğurlar arzulayıram. Düşünürəm ki, müharibə və münaqişələr yalnız vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bununla heç bir problem həll edilə bilməz. Hesab edirəm ki, bütün problemlərimiz dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll olunmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya agentləri səssiz rejimdə - Casus şəbəkəsi haqda şok detallar