Ülvi Həsənliyə irəli sürülən ittiham məlum olub 

Ülvi Həsənliyə irəli sürülən ittiham məlum olub 

Aktual

21 Noyabr 2023, 00:05

Xəbər verdiyimiz kimi, “Abzas Media”nın direktoru Ülvi Həsənlini Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Modern.az xəbər verir ki, onun saxlanılması ilə bağlı bir sıra detallar məlum olub.

 

Jurnalistin vəkili Zibeyda Sadigova bildirib ki, Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə cinayət işi başladılıb. Onun tezliklə məhkəməyə çıxarılacağı gözlənilir.

 

Vəkilin sözlərinə görə, hazırda Ülvi Həsənli Xətai Rayon Müvəqqəti Saxlanma Təcridxanasına aparılıb. 

 

Hələlik rəsmi qurumlar saxlanılma ilə bağlı açıqlama verməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?