Modern.az

Milli Müdafiə Universitetində Gürcüstan nümayəndə heyəti ilə görüş - FOTO

Milli Müdafiə Universitetində Gürcüstan nümayəndə heyəti ilə görüş - FOTO

21 Noyabr 2023, 10:20

Ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Müdafiə İnstitusional İnkişaf Məktəbinin nümayəndələri və “Müdafiə və Təhlükəsizlik Strateji Proqramı” kursunun dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub.

 

Azərbaycan və Gürcüstanın hərbi təhsil üzrə ekspertləri ilə keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri haqqında danışılıb, ətraflı fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

 

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə şəkli çəkdirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama