Modern.az

ABŞ sülh danışıqları üçün yenə vasitəçiliyini təklif etdi

ABŞ sülh danışıqları üçün yenə vasitəçiliyini təklif etdi

21 Noyabr 2023, 11:38

Vaşinqton iki ölkənin rəhbərliyini sülh danışıqlarının təşviqinə davam edir.


Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə bildirib.


O deyib ki, ABŞ hamının hüquqlarına hörmət edildiyi güclü və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında danışıqları asanlaşdırmağa hazırdır.
 

Millerin sözlərinə görə, Ermənistan və Azərbaycanın birbaşa müzakirələrə başlaması və regionun maraqlarına uyğun məsələləri həll etməsi vacibdir və ABŞ bu danışıqlara yardımçı rolunu öz üzərinə götürməyə hazırdır.

“Biz gördük ki, digər ölkələr də bu danışıqlarda yardım təklif edir. Biz hesab edirik ki, uzunmüddətli razılaşma əldə etmək üçün iki ölkə üçün üzbəüz danışıqlar aparmaq vacibdir”, - Miller əlavə edib.

Xatırladaq ki, rəmi Bakı noyabrın 20-də Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək Ermənistan-Azərbaycan görüşündən imtina etmişdi. Buna ABŞ-ın son vaxtlar Azərbaycana qarşı qərzli mövqedən çıxış etməsi səbəb olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama