Modern.az

Neftçalada ağacəkmə aksiyası və ümumrayon iməciliyi

Neftçalada ağacəkmə aksiyası və ümumrayon iməciliyi

Aktual

21 Noyabr 2023, 22:14

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ili ilə əlaqədar olaraq ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib.

 

Ağacəkmə aksiyasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, onların əməkdaşları, şəhid ailələri, Neftçala MKTB-in, DOST MMC-in əməkdaşları və ictimaiyyət nümayəndələri fəal iştirak edib.

 

Aksiya zamanı ərazidə təmizlik və abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

 

Qeyd edək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırılmaqla təbiətə töhfə verməkdir.

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirlərin görülməsi davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama