Modern.az

BMT-nin xüsusi məruzəçisi Ermənistana gəlib

BMT-nin xüsusi məruzəçisi Ermənistana gəlib

Aktual

22 Noyabr 2023, 09:02

BMT-nin həqiqət, ədalət, təzminat və təkrarlanmama zəmanətləri üzrə xüsusi məruzəçisi Fabian Salvioli noyabrın 24-dək Ermənistanda rəsmi səfərdə olacaq.

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisindən bildirilib.

Məlumata görə, BMT eksperti səfəri zamanı Ermənistan hakimiyyətinin həqiqətin, ədalətin təbliği, təzminat, xatırladılması və təkrarlanmamasına təminat sahəsində həyata keçirdiyi tədbirləri qiymətləndirəcək və Ermənistanıda insan haqlarının vəziyyətinə toxunacaq.

O, hökumət rəsmiləri, qanunvericilik, ədliyyə, təhlükəsizlik qüvvələri, milli insan hüquqları institutunun nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri ilə görüşlər keçirəcək. BMT nümayəndəsi  İrəvana və respublikanın digər yerlərinə səfər edəcək.

24 noyabr 2023-cü il tarixində yerli vaxtla saat 10:30-da BMT-nin xüsusi məruzəçisi BMT ofisinin konfrans zalında mətbuat konfransı keçirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama