Modern.az

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanıldı

Aktual

22 Noyabr 2023, 09:24

Noyabrın 21-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 40 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama