Modern.az

Dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs saxlanıldı

Dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs saxlanıldı

Aktual

22 Noyabr 2023, 10:10

Ağdaşda dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən dəmir yolundan 9 ədəd rels altlıqlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Bərxudarov saxlanılıb.

 

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama