Modern.az

YAP Kəlbəcər rayon təşkilatı ağacəkmə aksiyası keçirib

YAP Kəlbəcər rayon təşkilatı ağacəkmə aksiyası keçirib

Aktual

22 Noyabr 2023, 12:00

"Heydər Əliyev İli" çərçivəsində Yeni Azərbaycan Partiyasının  təsis olunmasının 31-ci ildönümü münasibətilə 21 Noyabr 2023-çü il tarixində Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət  Aqrar Universitetinin 6 saylı yataqxanasının ətrafında YAP Kəlbəcər rayon təşkilatı tətəfindən ağacəkmə aksiyası keçirilib.

 

Aksiyada YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov,Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Heydər Bəylərov, Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Kəlbəcər rayon sektorunun müdiri Namiq Rəcəbov, rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Ənvər İmaməliyev, rayon Statistika idarəsinin müdiri Ramil Salmanov, Ərazi Partiya təşkilatlarının sədrləri, partiya fəalları və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

 

Aksiyada  eldar şamları əkilib, ərazidəki digər ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Ulu Öndər Heydər Əliyev ideologiyasının tərənnümü və tarixi reallığı əsasında yaranan və artıq 31-ci ildönümünə doğru inamla addımlayan YAP bu gün də öz uğur və tərəqqi sözünü deməkdədir. Məhz Azərbaycan xalqının və dövlətinin xilaskarı, ümummilli lider Heydər Əliyevin qətiyyəti, xalqımızın həmrəyliyi və dönməzliyi sayəsində, ölkəmizin ən çətin məqamlarında yaranan YAP bu gün regionumuzun ən böyük siyasi təşkilatı olaraq bir sıra əhəmiyyətli, qlobal məsələlərdə söz sahibi kimi çıxış edir. Və bu gün partiyamızın 31 ilini Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün üçüncü ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik.Aksiyanın sonunda partiya üzvlüyünə yeni qəbul olunmuş partiya üzvlərinə vəsiqələr təqdim olundu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama