Modern.az

Bələdiyyə sədri buna görə cəzalandırıldı

Bələdiyyə sədri buna görə cəzalandırıldı

Aktual

22 Noyabr 2023, 18:30

Masallıda məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı rayonun Eminli kəndinin ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halı aşkar olunub.

 

Aşkarlanmış halla bağlı ərazi üzrə bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Bundan əlavə, şöbə əməkdaşlarının qanunsuz ovun, mülki silahın saxlanması, daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini R.Rəhimovun Ərkivan qəsəbəsi ərazisində qanunsuz ov etməsi aşkarlanıb və barəsində qanunamüvafiq tədbirlər görülüb. Keçirilən profilaktiki tədbirlər nəticəsində digər bir nəfər rayon sakini isə qanunsuz saxladığı ov silahını könüllü təhvil verib.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama