Modern.az

Sənədsiz silahlar polisə təhvil verildi

Sənədsiz silahlar polisə təhvil verildi

Aktual

23 Noyabr 2023, 08:36

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlər nəticəsində ötən gün ərzində 1 ədəd avtomat, 1 ədəd daraq və 45 ədəd patron, eləcə də 5 ədəd müvafiq sənədləri olmadan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama