Modern.az

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər tutuldu

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər tutuldu

Aktual

23 Noyabr 2023, 09:57

Noyabrın 22-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 32 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama